Qoşqar Məhərrəmov
təhsilin idarə olunması üzrə mütəxəssisdir.
Hazırda T-Network-un tədqiqat və inkişaf üzrə
baş mütəxəssisi, Təhsil İdarəçiləri Assosiasiyasının həmtəsisçisi, Azərbaycan
Britaniya Kollecinin biologiya, Bakı Ali Neft Məktəbinin pedaqogika müəllimidir.
Bakalavr təhsilini biologiya üzrə Orta Doğu
Texniki Universitetində, magistratura, doktorantura təhsilini isə təhsilin idarə
olunması üzrə Eskişehir Osmangazi Universitetində alıb.
Peşəkar karyerasına Xəzər Universitetinin
müəllimi kimi başlayıb. Daha sonra müxtəlif ali və orta məktəblərdə müəllim,
təlimçi, mütəxəssis kimi işləyib.
Müxtəlif elmi jurnallarda və yerli KİV-lərdə elmi-publisistik yazıları, tədqiqatları və şərhləri dərc edilir.
Q. Məhərrəmovun təqdimatında "Bələdçi", "Ulduzu gör" inkişaf proqramları yayımlanır.