T-NETWORK nədir?


“T-NETWORK”  - Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan təcrübə mübadiləsi və kommunikasiya platformasıdır. İdeya “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın  istiqamətlərindən biri olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi bəndinə əsaslanır və strategiyanın təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi məqsədinə xidmət edir.

 

MƏQSƏD

 

ü Yerli və əcnəbi təhsil işçilərinin kommunikasiyasına şərait yaratmaq; 

ü Yerli və əcnəbi təhsil işçilərinin arasında fikir körpüsü qurmaq;

ü Təcrübə mübadiləsinə şərait yaratmaq üçün müxtəlif formatlı online və canlı tədbirlər, görüşlər, forumlar, səfərlər təşkil etmək;

ü Çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar aparmaq;

ü Təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirmək,

ü Ekspertlər cəlb etməklə təhsil sahəsində olan ehtiyacları təmin etmək yolları ilə bağlı təkliflər hazırlamaq;

ü Müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq,  yeni əməkdaşlıqlara vəsilə olmaq, bir sözlə, inkişaf sinerjisi yaratmaqdır.

 

İSTİQAMƏT


“T-Network”-un 4 əsas fəaliyyət istiqaməti var:

·       Təhsil işçilərinin yerli və beynəlxalq əməkdaşlığı və müxtəlif tərəfdaşların iştirakı ilə çağdaş təhsil mövzularında müzakirələrin təşkili;

·       Müxtəlif mövzularda tədqiqatların aparılması və ictimai rəyin öyrənilməsi;

·       Tədqiqat əsaslı yeni təklif və layihələrin hazırlanması, tətbiq edilməsi;

·       Müxtəlif mövzularda online və ofline təlim, tədris proqramlarının təşkili.

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!