TƏHSİLİN ULDUZU
MÜSABİQƏSİ
Fənləri inteqrasiya et
Azərbaycan
Respublikasının Təhsil İnstitutu, Dağlıq Şirvan Regional Təhsil İdarəsi
və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının
təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun
dəstəyi ilə “Təhsilin Ulduzu” müsabiqəsi keçiriləcək. Məqsəd müəllimlərin tədris prosesindəki fərqli və
yaradıcı yanaşmalarını aşkara çıxarmaq, müəllimlərin əməkdaşlığını və
fənlərarası inteqrasiyanı inkişaf etdirmək, diqqətəlayiq təcrübələri yaymaqdır.
Müsabiqənin şərtləri:
Müsabiqədə dövlət
ümumtəhsil müəssisələrində çalışan və yalnız müxtəlif fənləri tədris edən 2
həmkar birlikdə dərs təqdim etməlidirlər. Eyni fənni tədris edən, eyni
şəhər və ya rayonda çalışan müəllimlər birlikdə dərs təqdim edə bilməzlər.
2 müəllimdən hər birinin müxtəlif şəhər və rayonlarda çalışıması
tələb edilir. (Məsələn, Bakıdakı müəllimlə Qubadakı müəllim birlikdə
dərs keçməlidirlər. Yaxud Ucar ilə Xaçmaz, Balakən ilə Yardımlı, Gəncə ilə
Sumqayıt müəllimləri dərs təqdim edə bilərlər və s. Buradakı adlar şərti
xarakter daşıyır). Təqdim edilən dərslər fənlərarası inteqrasiyaya uyğun
olmalıdır. Sinfi və mövzunu seçmək sərbəstdir.
Müsabiqə aşağıdakı
mərhələlərdən ibarətdir:
1. Onlayn
müraciət (Bir dərs planı təqdim edilməlidir. Müraciətlər 1
dekabr 2022-ci il tarixinə qədər olmalıdır. Komanda yoldaşlarından
birinin müraciət etməsi kifayətdir.)
2. Dərsin
onlayn təqdimatı (Müraciətlər arasında seçilən 32 komandanın
T-Network Facebook səhifəsi üzərindən 30 dəqiqəlik canlı dərsləri təqdim
ediləcək. Dərslər hər həftənin çərşənbə axşamı və şənbə günü saat 19.00-da
yayımlanacaq. Dərslərin 2023-cü ilin yanvar ayından nümayiş etdirilməsi nəzərdə tutulub.
3. Üzbəüz
canlı dərslər (Final mərhələsində Münsiflər Heyəti tərəfindən seçilən
10 dərsin müəllimi üzbəüz canlı dərs təqdimatı edəcəklər. Final mərhələsinin
tarixi açıqlanacaq.)
Qalibə Fəxri Fərman,
Təhsilin Ulduzu kuboku və hədiyələr təqdim ediləcək.
Təqdim olunacaq dərslərin qiymətləndirilmə meyarları aşağıdakı kimidir və hər bir meyar 5 bal
üzərindən qiymətləndirilir. Facebook üzərindən ən çox bəyənilən 1 çıxışa
bonus 5 bal veriləcək.
1.
Altstandart(lar)
2.
Təlim nəticəsi
3.
Öyrədici fəaliyyətlər
4.
Formativ
qiymətləndirmə
5.
Şagirdlərin dərsə
cəlbolunması (dərsin əvvəlində və dərs boyu)
6.
Dərsdə diferensial
yanaşma
7.
Ünsiyyət zamanı
konstruktiv əks-əlaqə (həm təlim nəticələri, həm ünsiyyətlə bağlı)
8.
Sinifdə öyrənmə və
öyrətmə mühitinin qurulması
9.
Şagirdyönümlü təlim
10.
Şagirdlərdə yumşaq
bacarıqların formalaşdırılması
11.
Məqsədəuyğun fənlərarası,
fəndaxili və fənüstü inteqrasiya
12.
Müəllimin dərsə yaradıcı
yanaşması
Müsabiqədə iştirak
üçün keçid: https://forms.gle/4HnYCpHZP3G6JATk7
BU XƏBƏRİ PAYLAŞ