News Photo

"Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı"

Bir qrup təhsil işçisi və məktəb direktoru növbəti "Təhsildə beynəlxalq uğur: Estoniya və Finlandiya təcrübə proqramı"nda iştirak ediblər.

22-30 may tarixlərini əhatə edən proqramda Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva olmaq üzrə bir qrup azərbaycanlı təhsil işçisi və məktəb direktoru iştirak edib. Təhsil səfəri çərçivəsində təhsil işçiləri Estoniya və Finlandiyanın tanınmış orta və ali təhsil müəssisələrini ziyarət ediblər, müxtəlif təlimlərdə iştirak ediblər.

Proqram Estoniyanın Karyera Təhsil Akademiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə baş tutub.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!