“Məktəbdə sən” təhsil müzakirəsi başlayıb
26 maydan etibarən “Məktəbdə sən” təhsil müzakirəsi proqramı start götürüb. Proqramın ilk buraxılışında “Müəllimlər vloqer kimi” mövzusu müzakirə edilib.
“Məktəbdə sən” hər həftənin cümə axşamı saat 20.00-da T-Network-ün Facebook səhifəsində canlı yayımlanır. Proqramın məqsədi təhsillə bağlı müxtəlif mövzuları müzakirə etməkdir.
Proqram T-Network-ün tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov və "2019-2023 Dövlət Proqramı" çərçivəsində Cənubi Florida Universitetində Təhsilin idarə olunması üzrə doktoranura təhsili alan və T-Networkün təşkil etdiyi “Təhsilin ulduzu” müsabiqəsinin qalibi, doktorant Lalə Orucovanın təqdimatında baş tutur.
Proqram ərəfəsində izləyicilər də canlı yayıma qoşularaq öz fikirlərini bölüşüblər.
BU XƏBƏRİ PAYLAŞ