Fevral ayından sinif rəhbərləri üçün “Effektiv
ünsiyyət” adlı ödənişsiz onlayn təlimlər təşkil olunacaq. Təhsil Nazirliyinin
dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının
təşkilatçılığı ilə keçiriləcək təlim kursunun məqsədi orta məktəblərdə çalışan
sinif rəhbərlərinə effektiv ünsiyyət vərdişlərinin aşılanmasıdır.
12 saat nəzərdə tutulan təlimlər zamanı
müəllimlər səmərəli ünsiyyətin müxtəlif texnikaları ilə tanış olacaqlar və
praktik məşğələlər əsasında onların tətbiqi yollarını öyrənəcəklər. Praktik
məşğələlərdə müxtəlif real situasiyalar təklif ediləcək və müzakirə yolu ilə ən
effektiv ünsiyyət formaları təsvir olunacaq. Eləcə də onların təcrübələri
əsasında bu mövzuda müzakirələr aparılacaq.
Kommunikasiya sahəsində qabaqcıl təlimçilər
tərəfindən keçiriləcək təlim sinif rəhbərlərinin effektiv ünsiyyət bacarıqları
ilə bağlı ehtiyaclarının üzə çıxarılması, müəllim-şagird, müəllim-valideyn,
müəllim-müəllim, müəllim-məktəb rəhbərliyi münasibətlərində effektiv
kommunikasiya yollarının aşılanması istiqamətində aparılacaq.
Təlimlərdə iştirak etmək istəyən sinif
rəhbərləri müvafiq link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/Mhqvb3FvDvzmkfbT6
BU XƏBƏRİ PAYLAŞ