News Photo

"Direktorlar klubu"ndan növbəti kitab təqdimatı

“Direktorlar klubu”nun “Kitabla danış” təqdimat və müzakirələri çərçivəsində növbəti tədbiri baş tutacaq.

Dekabrın 13-ü saat 19.00-da təşkil ediləcək təqdimat “Harvard Bussines review” nəşrinin "oxunmalı 10-luq" seriyasından “Liderlik” kitabına həsr olunacaq.
 

Kitabı Bakı şəhəri üzrə 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva təqdim edəcək.

Xatırladaq ki, “Kitabla danış” təqdimatlarının məqsədi məktəb direktorlarının tövsiyə etdikləri kitabları klubun digər üzvlərinə təqdim etməsi və birlikdə müzakirələrin təşkil edilməsidir. Belə ki, hər dəfə bir məktəb direktoru pedaqoji və idarəetmə fəaliyyətinə xüsusi töhfə verən bir kitabı həmkarları ilə bölüşür.

"Direktorlar klubu" Təhsil Nazirliyinin dəstəyi, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və Kapital Bankın baş sponsorluğu ilə yaradılıb. 

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!