26-27 noyabr Naxçıvan şəhərində “Müasir
təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” Beynəlxalq
Elmi Konfransı keçiriləcək.
Əyani və videobağlantı formatlarında baş
tutacaq beynəlxalq elmi konfrans Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət
Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və
kommunikasiya platformasının təşkilatçılığı ilə təşkil olunur.
Beynəlxalq elmi konfransda təhsildə yeniliklər
və islahatlar, ümumi təhsildə məzmun islahatları: bacarıq əsaslı məzmun, peşəkar
inkişaf, ali təhsildə trendlər mövzularında panel müzakirələri təşkil olunacaq.
Əlavə məlumat üçün:
E-mail: [email protected]
Əlaqə telefonu: +994 50 365 26 56
BU XƏBƏRİ PAYLAŞ