Şagirdlərin
Şəxsi İnkişaf Platformasının şagirdlərdən ibarət İdarə Heyəti formalaşdırılacaq. Platformanın İdarə Heyətində təmsil olunmaq istəyən
VII-XI sinif şagirdləri müvafiq qeydiyyat linki vasitəsi ilə (https://forms.gle/pzSYJqUhsPyLT2CD6) 20 Noyabr saat 22.00-a qədər müraciət edə bilərlər.
Birinci
mərhələdən keçən namizədlərlə onlayn müsahibə ediləcək. Şagirdlərin Şəxsi
İnkişaf Platformasının İdarə Heyətinin 11 üzvdən ibarət olması planlaşdırılır. İdarə
Heyətindəki fəaliyyətlər könüllüdür.
Məlumat
üçün bildirək ki, Şagirdlərin Şəxsi İnkişaf Platforması Təhsil Nazirliyinin dəstəyi
və T-Network təşkilatçılığı ilə hazırlanıb. Şagirdlərin nümunəvi Azərbaycanlı
olmalarını və onların şəxsi inkişafını dəstəkləmək məqsədi ilə bu çərçivədə
21-ci əsrin bacarıq və səriştələri ilə əlaqəli müxtəlif mövzularda azərbaycan
dilində video məzmunlar hazırlanır. Eyni zamanda əyani və onlayn görüşlər,
ustad dərsləri təşkil olunur.
İdarə Heyətinin üzvləri üçün üstünlüklər:
- Yeni əlaqələr və təcrübələr əldə
etmək, müxtəlif mütəxəsislərlə bir başa tanış olmaq;
-
Mentorluq proqramında ödənişsiz
iştirak etmək;
-
Komanda ilə işləmək, təqdimat və
liderlik bacarıqlarını təkmilləşdirilmək;
-
Xarici universitetlərə qəbul
zamanı seçilmək şansını artırmaq;
-
Asudə vaxtı səmərəli təşkil etmək;
-
Nümunəvi Azərbaycanlı olmaq.
Namizədlərə dair tələblər:
-
VII-XI
sinifdə təhsil almaq;
-
İngilis
dilini “Pre intermediate” səviyyəsində bilmək;
-
Təşəbbüskarlıq, yaradıcı
düşüncə, təqdimat və komanda ilə işləmək bacarığı;
-
Sosial fəaliyyətlərdə aktiv
iştirak;
-
Word və Power Pointdə işləmək
bacarığı;
-
Nizam-intizam qaydalarına riayət;
-
Həftədə bir neçə saat vaxt
ayırmaq;
-
İnternetə çıxış imkanlarına
malik olmaq.
Vəzifələr:
-
Platformanın tədbirlərində aktiv
iştirak etmək;
-
Platformanın üzvləri ilə səmərəli
iş qurmaq;
-
Təkliflər irəli sürmək və icra
etmək;
-
Yeni şagirdlərin prosesə
qoşulmasını təmin etmək;
-
Digər şagirdlərin inkişafında yol
göstərən olmaq.
Qeydiyyat linki:
https://forms.gle/pzSYJqUhsPyLT2CD6
Son qeydiyyat tarixi:
20
Noyabr 2021-ci il saat 22.00
BU XƏBƏRİ PAYLAŞ