News Photo

"HundrED" qlobal təhsil təşkilatının rəhbəri "Yeni Çağırışlar"da

9 sentyabr saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı HundED qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri, sahibkar, kreativ direktor və yazıçı Saku Tuominen olacaq. Saku Tuominen ilə təhsildə yenilik, dəyişiklik və yaradıcılıq barədə danışılacaq.
Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə "T-Network" koordinatoru Cəfər Mənsiminin təqdimatında davam edən proqram həmişəki kimi Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
HundED qlobal təhsil təşkilatı hər il dünyada 100 ən ilhamverici və inovativ ideyanı araşdırıb paylaşır. Beləliklə, genişmiqyaslı innovasiyaların tətbiq edilməsində köməklik göstərərək məktəblərin inkişafına töhfə verir.
Saku Tuominen “Yaradıcı zəka”, “Yaradıcıllığın ABC-si”, “Yaxşı həyat”, “İdeyalar necə meydana çıxır?”, “Məktəb tətilləri”, “İş dəftəri” və bir sıra başqa kitabların müəllifi və ya həmmüəllifidir.
1989-cu ildən Findaniyada uğurlu televiziya proqramları istehsal edən “Brodkasters” şirkətinin əsasını qoyanlardan biridir.
2009-2010-cu illərdə Londonda yerləşən dünyanın 3-cü ən böyük televiziya şirkəti “Zodiak entertainment”in baş kreativ direktoru olub.
Televiziya sahəsində 20 illik təcrübəsi ilə çox sayda layihənin və verilişin müəllifi olub.
2009-cu ildə yeni ideyalar istehsal edən “İdealist group”u yaradıb. Şirkətin əsas hədəfi hərtərəfli planlanmış güclü ideyalarla dünyanı dəyişməkdir.
Bununla yanaşı, Helsinkidə yerləşən “Financier Group” restoranlar şəbəkəsinin və rəqəmsal restoran bələdçisi “World Of Mouth”-un həmtəsisçisi və kreativ direktorudur.
Aalto Universitetində yaradıcılıq və innovasiya mövzusunda dərs deyir. 2021-ci ildə “İlin natiqi” adına layiq görülüb.
Boş vaxtlarında mahnı bəstələyir, yemək bişirir. İtaliyanın Le Marş şəhərində zeytun yağı istehsalı ilə də məşğuldur.
2009-cu ildə Kanadanın Kvebek şəhərində keçirilən buz üstü xokkey yarışmasında gümüş medala layiq görülüb.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!