"Direktorlar klubu" çərçivəsində növbəti qrup üçün "Məktəbdə liderliyin inkişafı" təliminə start verilib.
Müxtəlif bölgələrdən 60 məktəb direktorunun iştirak etdiyi bu təlim 9-13 avqust tarixlərinə qədər davam edəcək. Yaxın zamanda isə yeni qruplar üçün təlimlər başlayacaq. Təlimlər sadəcə "Direktorlar klubu"nun üzvləri üçün nəzərdə tutulub. Kluba üzv olmaq istəyən ümumtəhsil məktəblərinin direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9
Təlimlər strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir, "T-network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov tərəfindən keçirilir.
Xatırladaq ki, klub Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb.
BU XƏBƏRİ PAYLAŞ