Məktəb direktorları üçün “Məktəbdə liderliyin inkişafı” adlı təlimə
start veriləcək
“Direktorlar klubu” çərçivəsində “Məktəbdə liderliyin inkişafı”
adlı onlayn təlimlər keçiriləcək. Təlimlər 12 saat olmaqla strateji
planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati
davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edəcək. Təlimlərdə
“Direktorlar klubu”na üzv olan məktəb direktorları ödənişsiz iştirak edə bilərlər.
İlk iki qrup üçün təlimlər 13-19 iyul tarixləri arasında baş
tutacaq. Kluba üzv olan ilk 60 nəfərə bu barədə e-poçt göndərilib.
Növbəti həftələrdə yeni qrupların formalaşdırılması
planlaşdırılır. Kluba üzv olmaq istəyən məktəb direktorları müvafiq linkə keçid
edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9
Təlimlər “T-network” təcrübə və kommunikasiya platformasının tədqiqat
və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov tərəfindən keçiriləcək.
Xatırladaq ki, klub Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil
işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri
Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə
yaradılıb.
Klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının
kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı
inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində
keyfiyyətin inkişafına töhfə verməkdir.
BU XƏBƏRİ PAYLAŞ