News Photo

"Məsləhətli saat"ın növbəti buraxılışı yayımlanacaq

25 May saat 19.00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının növbəti buraxılışı yayımlanacaq.
Bu dəfəki proqramda Bakı şəhəri 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva və 193 nömrəli məktəbin direktoru Rahim Hüseynov ilə strateji planlaşdırma haqqında danışılacaq.
Proqram hər həftənin çərşənbə axşamı "T-network"-un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
Kluba üzv olmaq istəyən ümumtəhsil məktəb direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!