"edX" yaradıcısı və MIT professoru "Yeni çağırışlar"da
20 may saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı “edX” öyrənmə platformasının yaradıcısı və CEO-su, dünyanın bir nömrəli ali təhsil müəssisəsi Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval olacaq. Professor Anant Aqarval ilə təhsildə liderlik və distant təhsil barədə danışılacaq.
Anant Aqarval Forbes jurnalının 15 ən yaxşı yenilikçi siyahısında yer alıb, Ginnesin Rekordlar Kitabına düşüb. Təhsilin inkişafına verdiyi töhfələrə görə “Mauirice Wilkes”, “Smullin və Jamieson”, “Harold W. McGraw Ali Təhsil Mükafatı”, “Yidan”, Hindistan Prezidentinin “Padma Shri” mükafatı olmaq üzrə bir sıra qlobal mükafatlara layiq görülüb.
Professor Agarwal MIT-in Kompüter Elmləri və Süni Zəka Laboratoriyası CSAIL-in direktoru olub.
Onun yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX” öyrənmə platformasına bu günədək 160-dan çox ölkədən 35 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
BU XƏBƏRİ PAYLAŞ