“Direktorlar klubu” yaradılıb
“Direktorlar klubu” yaradılıb. Məqsəd ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etməkdir.
Klub Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb.
Klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir. Bu çərçivədə direktorların müxtəlif səpkidə görüşlərini təşkil etmək, onların idarəçilik təcrübəsini daha geniş auditoriyaya çatdırmaq, mövcud vəziyyəti daha da yaxşılaşdırmaq üçün müxtəlif müzakirələr aparmaq və ehtiyacları öyrənmək nəzərdə tutulub.
Bu məqsədlə 18 maydan etibarən “Məsləhətli saat” onlayn proqramının yayımına start verilir. Proqram Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında baş hər həftənin çərşənbə axşamı saat 19.00-da “T-Network”un feysbuk səhifəsində yayımlanacaq. "Məsləhətli saat"ın ilk buraxılışında Bakı şəhəri 234 nömrəli məktəbin direktoru Könül Məmmədli və 69 nömrəli məktəbin direktoru Taleh Şahbazov çıxış edəcəklər.
Kluba üzv olmaq istəyən məktəb direktorları
[email protected] e-mail ünvanına müraciət edə bilərlər.
BU XƏBƏRİ PAYLAŞ