News Photo

Distant təhsil və 21-ci əsr bacarıqları

Növbəti "Bələdçi"miz Dünya İB məktəbinin rəhbəri Rəna Həsənovadır. Rəna Həsənova ilə "Distant təhsil və 21-ci əsr bacarıqları" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
"Bələdçi"nin qeyd edilən buraxılışını 17 may saat 20.00-da T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "Bələdçi" T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanır. Məqsəd təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!