News Photo

"Bələdçi"də məsafədən tədrisin təşkili müzakirə ediləcək

Növbəti "Bələdçi"miz Bakı Biznes ve Kooperasiya Kollecinin direktoru Fatimə Quliyevadır. Fatimə Quliyeva ilə "Məsafədən tədrisin təşkili" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
"Bələdçi"nin qeyd edilən buraxılışını 10 may saat 20.00-da T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "Bələdçi" T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanır. Məqsəd təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!