"Bələdçi" ilə orta ixtisas təhsili müəssisələrində səmərəli idarəetmə
Növbəti "Bələdçi"miz ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərovdur. İsrayıl İsgəndərov ilə "Orta ixtisas təhsili müəssisələrində səmərəli idarəetmə" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
"Bələdçi"nin qeyd edilən buraxılışını 3 may saat 20.00-da T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "Bələdçi" T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanır. Məqsəd təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.
BU XƏBƏRİ PAYLAŞ