News Photo

Bu gündən EDU FORUM Təcrübə Proqramı başlayacaq

23 apreldən Azərbaycan Respublikasi Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının EDU FORUM Təcrübə Proqramı başlayacaq. Proqramın əsas məqsədi təhsil müəssisələrinin müsbət təcrübələrini daha geniş auditoriyaya çatdırmaqdır. Proqram hər həftənin cümə günü saat 20.00-da Cəfər Mənsiminin təqdimatında T-Network “Facebook” səhifəsindən yayımlanacaq.
EDU FORUM Təcrübə Proqramınn ilk qonağı 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova və 283 nömrəli məktəbin məzunu, Rainergy layihəsinin təsisçisi, 2018-ci il üzrə Prezident Mükafatçısı, Forbes jurnalının gənc araşdırmaçı siyahısına düşən ilk azərbaycanlı, BBC tərəfindən 2018-ci il üzrə seçilən dünyanın ən ilhamverici 100 qadınından biri, bp NetZero təqaüdçüsü, Reyhan Camalova olacaq.
Bu gün saat 20.00-da T-Network “Facebook” səhifəsindən https://bit.ly/37og3Bf) yayımlanan proqramın ilk buraxılışında effektiv öyrənmə mühiti ətrafında fikir mübadiləsi aparılacaq.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!