News Photo

Maykl Fullan “Yeni Çağırışlar”da

“Yeni çağırışlar” onlayn müzakirə proqramının 29 aprel saat 19:00-da yayımlanacaq növbəti buraxılışının qonağı Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsün Qlobal Liderlik üzrə direktoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan olacaq. Maykl Fullan ilə təhsildə liderlik və onun yaradıcılarından olduğu dərin öyrənmə barədə danışılacaq.
Maykl Fullan həmçinin Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun keçmiş dekanıdır. O, təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən hesab edilir.
40-dan çox liderlik və dərin öyrənmə üzrə kitabların müəllifi olan professorun kitabları bir çox dildə çap olunub və bir sıra qlobal mükafatlar qazanıb.
2003-2014-cü illərdə Ontarionun baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olub.
Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə Cəfər Mənsiminin təqdimatında davam edən proqramın bu buraxılışı da həmişə olduğu kimi Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
Məlumat üçün qeyd edək ki, “Yeni çağırışlar”da dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu qonaq olub.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!