Növbəti "Bələdçi"miz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır. Mehriban Vəliyeva ilə məktəbin səmərəli idarə edilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
"Bələdçi"nin qeyd edilən buraxılışını 5 aprel saat 20.00-da Təhsil İdarəçiləri Assosiasiyasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”nin məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.
BU XƏBƏRİ PAYLAŞ