Növbəti "Bələdçi"miz Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançinidir. F. Bançini ilə Beynəlxalq Bakalavriat təhsil proqramı ətrafında fikir mübadiləsi aparılacaq.
"Bələdçi"nin qeyd edilən buraxılışını martın 29-u saat 21.00-da Təhsil İdarəçiləri Assosiasiyasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”nin məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.
BU XƏBƏRİ PAYLAŞ