News Photo

"Bələdçi"də "Etikanın tədrisi, tədrisin etikası" haqqında danışılacaq

Növbəti "Bələdçi"miz Kapital Bankın İdarə Heyəti sədrinin müşaviri Vüqar Sadiqdir. V. Sadiq ilə "Etikanın tədrisi, tədrisin etikası" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. 

"Bələdiçi"nin qeyd edilən buraxılışını martın 15-i saat 20.00-da Təhsil İdarəçiləri Assosiasiyasının "facebook" səhifəsindən izləyə bilərsiniz.

Xatırladaq ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”nin məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!