"Bələdçi"də təhsildə keyfiyyət təminatı müzakirə ediləcək
"Bələdçi" proqramının növbəti buraxılışında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) keyfiyyət təminatı departamentinin direktoru Lalə Abasova ilə təhsildə keyfiyyət təminatı mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.
"Bələdçi"nin bu buraxılışını 22 fevral saat 20:00-da Təhsil İdarəçiləri Assosiasiyasının "facebook" səhifəsindən izləyə bilərsiniz.
Xatırladaq ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”nin məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.
BU XƏBƏRİ PAYLAŞ