20 fevral saat 11:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu dəfə verilişin qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberg olacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.
Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında davam edən proqramda Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəblərindən danışılacaq.Pasi Sahlberg;- Finladiya təhsil sistemini dünyaya tanıdan professor olaraq məşhurdur.- Finlandiya Təhsil və Mədəniyyət Nazirliyində baş direktor,- Harvard Universitetinin qonaq professoru,- Dünya Bankının baş təhsil mütəxəssisi, Avropa Təlim Fondununaparıcı təhsil mütəxəssisi olub.- Hazırda Avstraliyanın New South Wales Universitetinin təhsil sisyasəti üzrə professoru, Şotlandiyanın birinci naziri və Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin beynəlxalq müşaviridir.- Harvard, Toronto, Stanford, Columbia, Vanderbilt, King’s CollegeLondon, Melbourne və digər universitetlərdən çıxış üçün dəvət alanprofessor təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı kimimövzulardan danışır.- Azərbaycan, Türkiyə, Orta Şərq və Rusiya Federasiyası da daxilolmaqla dünyanın bir çox təhsil liderlərinin məsləhətçisi olub.- Bir çox nüfuzlu mükafatlar, eləcə də müəllifi olduğu "Fin dərsləri:dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələri öyrənə bilər?" adlı kitabı ilə dünyanı dəyişdirmə potensialı ideyasına görə Grawemeyer mükafatını qazanıb.Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az ) tanış ola bilərsiniz.
BU XƏBƏRİ PAYLAŞ