T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təhsil işçiləri arasında “Təhsilin ulduzu” müsabiqəsinə start verilir.
Məqsəd tədris prosesində tətbiq oluna bilən, təhsilin inkişafına töhfə verən, real təcrübəyə söykənən yeni yanaşmaları və ideyaları tapmaq, geniş auditoriyaya çatdırmaq, beləliklə, öz fəaliyyətində yeniliklərlə seçilənləri aşkara çıxarıb onlara “Təhsilin ulduzu”nu təqdim etməkdir. Buna görə müsabiqəyə təqdim edilən ideyalar təhsildəki bir problemin həllinə yönəlməlidir. İştirakçı özünün artıq tətbiq etdiyi, real nəticəsi olan, mövcud vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənən, daha çox həmkarının faydalanacağı orjinal bir ideyanı auditoriyaya effektiv formada (diksiya, jest, yaradıcı yanaşma) çatdırmalıdır.
QAYDALAR:
1.
Müsabiqədə bütün təhsil işçiləri (məktəbəqədər,
orta və ali təhsil pillələrində çalışan müəllim, psixoloq, rəhbər işçi) fərdi qaydada iştirak
edə bilər. İştirakçı öz ideyasını öncə yazılı formada bu keçid vasitəsi ilə təqdim etməlidir.
Müraciətlər birinci mərhələdə münsiflər heyəti
tərəfindən
dəyərləndiriləcək və meyarlara uyğun namizədlərlə əlaqə saxlanacaq. Yazılı
müraciətlər 01 mart 2021-ci il tarixinə qədər
qəbul edilir.
2. Müraciəti müsbət
dəyərləndirilən namizədlər daha sonra ideyanı
təqdim etmək üçün çıxış hazırlayıb video qeydə
alaraq müsabiqəyə təqdim etməlidirlər. Çıxışlar 15 dəqiqədən çox olmamalıdır.
Video çıxışlar 2021-ci il martın 15-ə qədər info@tnetwork.az e-mail ünvanına göndərilməlidir.
3. Ən yaxşı 3 ideyanın müəllifi yekun tədbirdə
çıxışlarını
canlı təqdim edəcəklər. Beləliklə, canlı yayımda “Təhsilin ulduzu”
seçiləcək. Final mərhələsinin tarixi yaxın günlərdə açıqlanacaq.
QİYMƏTLƏNDİRMƏ
MEYARLARI:
Mövzunun aktuallığı - 15 bal
İdeyanın orijinallığı- 20 bal
İdeyanın təhsilin inkişafına töhfəsi - 20 bal
Çıxışın məntiqi ardıcıllığı (Ssenari)- 15 bal
İdeyanın tətbiq olunmasının mümkünlüyü-15 bal
Natiqlik, bədən dili - 15 bal
“Facebook” istifadəçilərinin dəyərləndirməsi - bonus 30 bal (Bütün çıxışlar Facebook səhifəmizdə yerləşdiriləcək. Facebookda ən
çox bəyənilən 10 çıxışçıya əlavə olaraq 30 bal veriləcək).
MÜNSİFLƏR
HEYƏTİ
· Vəfa Kazdal, ADA Universitetinin tədris işləri üzrə prorektoru
· Nəcəf Allahverdiyev, Karnegi klubun rəhbəri, natiqliq üzrə mütəxəssis
· Rəşad Bayramov, kommunikasiya mütəxəssisi, BP Azərbacan-ın
modernləşdirmə və tranformasiya üzrə rəhbəri
· Təhsil nazirliyi yanında İctimai Şuranın üzvləri- prof. Şahlar
Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Asif Cahangirov, İlqar Orucov, Elmina Kazımzadə, Anar Vəliyev, Mais Əliyev, Hikmət Əlizadə Mirzə
Cəfərzadə.
MÜKAFAT:
“Təhsilin
ulduzu” kuboku, Fəxri diplom və planşet.
BU XƏBƏRİ PAYLAŞ