News Photo

Beynəlxalq məktəblərdə təhsilin idarə olunması

"Bələdçi" proqramının növbəti buraxılışında Azərbaycan Britaniya Kollecinin direktoru Carl Lander ilə "Beynəlxalq məktəblərdə təhsilin idarə olunması" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.


"Bələdçi"nin qeyd edilən buraxılışını fevralın 15-i saat 20:00-da Təhsil İdarəçiləri Assosiasiyasının "facebook" səhifəsindən izləyə, beləcə, beynəlxalq məktəblərdə idarəçilik təcrübəsi ilə tanış ola bilərsiniz.


Xatırladaq ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan “Bələdçi”nin məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!