2021-ci
ilin yanvarından Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin
təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar”
adlı onlayn müzakirə proqramına start verilib.
Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni
çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək,
qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır.
Proqram
təhsilin idarə olunması üzrə mütəxəssis, “T-network”-un koordinatoru Cəfər
Mənsiminin təqdimatında Təhsil Nazirliyi “facebook” səhifəsindən ayda iki dəfə canlı
yayımlanır.
“Yeni Çağırışlar”ın bu günə qədərki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olub.
BU XƏBƏRİ PAYLAŞ