News Photo

Təhsil işçiləri üçün “Bələdçi” adlı yeni proqram başlayıb

4 yanvar 2021-ci ildən “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyası “Bələdçi” adlı yeni proqrama start verib. Məqsəd təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltməyin yolları barədə fikir mübadiləsi aparmaqdır.


Proqram hər həftənin birinci günü saat 20.00-da TİA “facebook” səhifəsindən canlı yayımlanır.


Bu günə qədər "Bələdçi"də professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov ilə “Yeni dövrdə təhsil idarəçilərindən gözləntilər”, ADA Universitetinin baş müəllimi, TN yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova ilə "Ali təhsil müəssisələrində tədqiqat mühitinin təşkili", Təhsildə İnovativ Texnologiyalar Əlavə Mərkəzinin direktoru İsa Qasımov ilə "Ali təhsil müəssisələrində alternativ maliyyələşmə",  TN yanında İctimai Şuranın katibi İlqar Orucov ilə "Gənc alimlərin yetişdirilməsi", iqtisadiyyat üzrə fəlsəfə doktoru, kariyera mütəxəssisi Vüsal Rzayev ilə "Universitetlərdə kariyera mərkəzləri", Purdue Universitetinin doktorantı Sərxan Bədirli ilə "Maşınlarla öyrənmə" mövzuları ətrafında fikir mübadiləsi aparılıb.


Proqram T-network-un tədiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında davam edir. 

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!