26 dekabr 2020-ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə
“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması “Təhsil
işçilərinin həmrəylik görüşü”nü təşkil edib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr
olunan görüş müxtəlif ölkələrin təhsil müəssisələrində çalışan
həmvətənlərimizin beynəlxalq təhsil təcrübəsini öyrənmək və bölüşmək məqsədi
daşıyıb.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad
edilib.
“T-network”un tədqiqat və inkişaf üzrə baş
mütəxəssisi Qoşqar Məhərrəmovun və “T-network” koordinatoru Cəfər Mənsiminin
moderatorluğu ilə baş tutan görüşdə həmvətənlərimizin yaşadığı ölkədəki məktəb
adət-ənənəsi, valideyn, müəllim, şagird əməkdaşlığı istiqamətindəki yanaşmalar,
idarəçilik baxışı, təhsilin inkişafı istiqamətində atılan addımlar, ölkəmizlə
müqayisədə müşahidə edilən fərqlər ətrafında fikir mübadiləsi aparılıb.
Fikir mübadiləsində Azərbaycandan filologiya
elmləri namizədi, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri
Cəsarət Valehov, Latviyadan Riqa Klassik Gimnaziyanın direktoru, Latviya Elm və
Təhsil Nazirliyinin Məşvərət Şurasının sədri, pedaqoji elmlər doktoru Roman
Əliyev, Estoniyadan pedaqoq, “Maraq” məktəbinin yaradıcısı və rəhbəri Sənəm
Əliyeva, Özbəkistandan “British School of Tashkent”in fizika müəllimi Ceyhun
Cabbarov, Küveytdən “Universal American School”un riyaziyyat müəllimi Mərdan
Əliyev, Türkiyədən “Al-Basheer İnternational school”un ingilis dili müəllimi
Kəmalə Qasımova, Amerikadan “Tringle Math and Science Academy”in imtahan
koordinatoru Əkbər Aslanov iştirak ediblər.
Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən
canlı yayımlanan görüşdə sosial şəbəkə istifadəçilərinin sualları da
cavablandırılıb
BU XƏBƏRİ PAYLAŞ