News Photo

Üçüncü nəsil universitetlər müzakirə edilib

21 dekabr 2020-ci ildə “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının (TİA) təşkilatçılığı ilə “Üçüncü nəsil universitetləri” mövzusunda müzakirə aparılıb.

Müzakirədə “Amazon” şirkətində işləyən və dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunda magistratura təhsili alan Yaşar Əhmədli iştirak edib. Məqsəd üçüncü nəsil universitetlərin xüsusiyyətləri, perspektivləri haqqında fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni öyrənmək, ölkəmizdəki ali təhsil müəssisələrinin inkişafını dəstəkləmək olub.

“T-NETWORK”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçiriləcək müzakirə TİA-nın “Facebook” səhifəsindən canlı yayımlanıb.


BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!