News Photo

Ulduzu gör - inkişaf proqramı başlayıb

9 dekabr 2020-ci ildən Təhsil Nazirliyinin dəstəyi və “T-network” təcrübə və kommunikasiya platformasınının təşkilatçılığı ilə “Ulduzu gör” adlı inkişaf proqramı başlayıb. Proqram hər həftənin çərşənbə günü saat 19.30-da “T-network” facebook səhifəsindən  ( https://www.facebook.com/tnetwork.az) canlı yayımlanır.


“Təhsilin məqsədi insanın içindəki ulduzu kəşf etmək və onu daha da parıldatmaqdır” ideyası ilə formalaşan “Ulduzu gör” inkişaf proqramı öyrədənlərin şəxsi və pedaqoji bilik və bacarıqlarını inkişaf etdirir. 


“T-network”-ün inkişaf və tədqiqat üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında əks olunan “Ulduzu gör” inkişaf proqramında öyrənmənin yanacağı, effektiv ünsiyyət, sinifdə davranışların idarə olunması, səmərəli dərsin ssenarisi, öyrənmə üçün qiymətləndirmə, təlim strategiyaları, lider müəllim, dəyişikliklərin idarə olunması, kreativ müəllim, layihə əsaslı təlim mövzularına toxunulub.

"Ulduzu gör" inkişaf proqramının buraxılışını buradan izləyə bilərsiniz.

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!