News Photo

Qarabağda Harvardı necə quraq?- mövzusunda silsilə müzakirələr başlayıb

“T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması Təhsil İdarəçiləri Assosiasiyası ilə birgə “Qarabağda Harvardı necə quraq?” başlıqlı silsilə müzakirələrə başlayıb.

Məqsəd ölkəmizdə dünya səviyyəli ali təhsil müəssisəsi qurmağın yollarını mütəxəssislərlə müzakirə etmək, yol xəritəsi təqdim etmək olub.

23 noyabr-7 dekabr tarixləri arasında davam edən “Qarabağda Harvardı necə quraq?” silsilə müzakirələrdə Amerikanın Sirakus Universitetində doktorantura təhsili almış, hazırda fəaliyyətinə ADA universitetində müəllim və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində İdarə Heyətinin sədr müavini olaraq davam edən Gülməmməd Məmmədov, Amerikanın Northeastern Universitetində sibertəhlüksəsizlik üzrə doktorantura təhsili alan və tədqiqat asistenti olaraq çalışan Bhruz Cəbiyev, Bakı Dövlət Universitetinin müəllimi, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak edib. 

Müzakirələr T-NETWORK platformasının inkişaf və tədqiqat üzrə baş mütəxəssisi, Təhsil İdarəçiləri Assosiasiyasının (TİA) həmtəsisçisi Qoşqar Məhərrəmovun təqdimatında TİA "facebook" səhifəsindən canlı yayımlanıb.




 

BU XƏBƏRİ PAYLAŞ

Şərh

TƏHSİLƏ DAHA YAXIN OLMAQ ÜÇÜN BİZİ İZLƏYİN!