Cəfər Mənsimi yerli və
beynəlxalq təcrübəyə malik kreativ inkişaf və təhsilin idarə olunması üzrə
mütəxəsssisdir.
Hazırda T-Network təhsil
işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri, Yaxın Doğu Universitetinin Təhsilin idarəolunması üzrə təqaüdlü doktorantıdır.
Eyni adlı universitetdə
ictimaiyyətlə əlaqələr (bakalavr) və təhsilin idarə olunması (magistratura)
təhsili alıb. Bakalvr təhsilini kafedra birincisi olaraq tamamlayan C. Mənsimi
uğurlarına görə hər iki təhsilini Şimali Kipr Türk Cümhuriyyəti Təhsil Nazirliyinin
təqaüdü ilə davam etdirib.
Azərbaycandakı dövlət
məktəblərinin brendləşməsi mövzusunda elmi işi elm adamları tərəfindən olduqca
yeni və əhəmiyyətli araşdırma olaraq dəyərləndirilir.
Kıbrıs Doğa Məktəblər
Şəbəkəsində Araşdırma və İnkişaf Mərkəzində (Ar-Ge) məsul vəzifədə çalışıb.
“Önceki sen olma”, “Yeni
sen yarat” “Uğur kitabı”, “Arzu kitabı”, “39-cu pillədə qırılan ömür” adlı
kitabların ideya müəllifi və tərtibçisi olmaqla yanaşı, bir sıra başqa
nəşrlərin məsləhətçisidir.
Həmçinin xeyli sayda təhsil
layihələrinin, beynəlxalq forum və konfransların təşkilatçısı və təşəbbüskarı
olub.
10 ildən çoxdur ki,
Azərbaycan mətbuatında təhsil mövzusunda yazılarla çıxış edir. Onun təqdimatında Təhsil nazirliyi "facebook" səhifəsindən "Yeni Çağırışlar" müzakirə proqramı yayımlanır.